“Səsvermə prosesi tam şəffaf keçirilir” - Ombudsman

“Səsvermə prosesi tam şəffaf keçirilir” - Ombudsman

"Bakının əksər rayonlarındakı seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

E. Süleymanova bildirib ki, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir. O qeyd edib ki, seçkini beynəlxalq və yerli müşahidəçilər izləyir və onlar prosesdən razıdırlar: "Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizam-intizamlı olduğunu qeyd etdi. O bildirdi ki, sanki ölkədə bayrm ab-havasıdır”.
 
Aktual.az
Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR