Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, O. Qəhrəmanlı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
 
Qeyd edək ki, ötən il avqustun 12-də saat 16 radələrində Sumqayıt şəhərində Yardımlı rayon sakini Orxan Qəhrəmanlı idarə etdiyi "Hyundai" markalı avtomobili maneəyə vurub.
 
Nəticədə sürücü və sərnişin Hüseyn Əsgərov xəstəxanaya yerləşdiriliblər, H. Əsgərov orada ölüb. O. Əsgərov barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
 
Aktual.az 
Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR