Sərnişin və baqaj daşınması qaydalarında DƏYİŞİKLİK TƏSDİQLƏNDİ

Sərnişin və baqaj daşınması qaydalarında DƏYİŞİKLİK TƏSDİQLƏNDİ

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 9.5-ci bəndində "Taksilərin dayanacaq yeri” sözləri "Minik taksilərinin duracaq yeri” sözləri ilə və "edə bilər” sözləri "etməlidir” sözü ilə əvəz edilib. Dəyişikliklərlə sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş "Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməlidir.
 
Aktual.az
Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR