Sərnişin qatarlarına tibbi maskadan istifadə etməyənlər buraxılmayacaq

Sərnişin qatarlarına tibbi maskadan istifadə etməyənlər buraxılmayacaq

Tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları” QSC yayıb. 
Məlumata görə, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək.
"Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur",deyə məlumatda qeyd edilib. 
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR