Serj Sarqsyanın qardaşına qarşı ittiham irəli sürülüb

Serj Sarqsyanın qardaşına qarşı ittiham irəli sürülüb

 Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyana qarşı iri məbləğdə dələduzluq əməli törətmək maddəsi üzrə ittiham irəli sürülüb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətindən bildiriblər.
A.Sarqsyana qarşı ittiham sübut edilərsə, onu 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Qeyd edilib ki, istintaqın gedişində A.Sarqsyan silah alışından mənimsədiyi 19 milyon 600 min dolları könüllü olaraq dövlətə qaytarıb. 
Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR