Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətəndaşına bələdçilik edərək İİR ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sərhədini pozması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Banqladeş vətəndaşları - 1993-cü il təvəllüdlü Mahammad Calal Uddin, 1994-cü il təvəllüdlü Axmed Malik Minbarali, 1995-ci il təvəllüdlü Minhaj Uddin Cabed, 1998-ci il təvəl­lüdlü Abdul Kazim Tolukber, 1999-cu il təvəllüdlü Mahammad Ebad Mozumber şübhəli şəxs qismində saxlanılıbar.

 

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.