Sergey Lavrov bu gün Azərbaycana gəlir

Sergey Lavrov bu gün Azərbaycana gəlir

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya gəlir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, S. Lavrov aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşündə iştirak edəcək.

"Nazirin bu səfəri son hadisələrlə əlaqədar daha vacib əhəmiyyət kəsb edir. Bakıda Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü də planlaşdırılır. Görüşdə Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunacaq", - deyə M. Zaxarova qeyd edib.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR