Separatçıların yeni hiyləsi

Separatçıların yeni hiyləsi

Dağlıq Qarabağ separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əcnəbilərin qeyri-qanuni səfərlərini gizlətmək üçün yeni varianta əl atıblar.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Belaruslu səyyah Pavel Andreyevskinin Dağlıq Qarabağa səfəri ilə bağlı dərc olunmuş yazısından aydın olur ki, erməni separatçıları atıq Dağlıq Qarabağa səfər edən əcnəbi vətəndaşların pasportlarına möhür vurmurlar.

P. Andreyevski yazır ki, əvvəllər pasporta vurulan möhürə görə Azərbaycan şəxsin Dağlıq Qarabağa səfər etdiyini müəyyənləşdirə və asanlıqla respublika ərazisinə daxil olmasını qadağan edə bilirdi: "Bunun da qanuni əsasları var. Axı Dağlıq Qarabağ rəsmi olaraq Azərbaycanın işğal olunmuş ərazisidir. Sən əgər Azərbaycanın möhürü olmadan həmin əraziyə səfər edirsənsə, ölkə ərazisində qanunsuz girmiş olursan. Təbii ki, bilsələr, bu cinayət üçün səni Azərbaycandan deportasiya gözləyir”.

Səyyah yazısında Dağlıq Qarabağın gəzməli yerləri barədə məlumat verib, daha çox Şuşadan bəhs edib.

Xatırladaq ki, belaruslu gənc səyyah P. Andreyevski dünya səyahətinə çıxıb. Bir ildən çoxdur ki, o, avtostoplarla dünyanı gəzir, yerli sakinlərin evlərində qalır. Daha əvvəl də Dağlıq Qarabağa getdiyi üçün onun adı ötən ilin iyununda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər" siyahısına salınıb.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR