Şəmkirdə 34 yaşlı kişi quyuya düşərək ölüb

Şəmkirdə 34 yaşlı kişi quyuya düşərək ölüb

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun meyitini çıxararaq  aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:13-də başa çatıb.
 
Aktual.az
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR