Şəkidə 10 yaşlı qızı it dişləyib

Şəkidə 10 yaşlı qızı it dişləyib

Şəkidə 10 yaşlı qızı sahibsiz it dişləyib.
 
Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 9-u saat 23.00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 2007-ci il təvəllüdlü Arzu İlham qızı Həşimli it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
 
Məlum olub ki, Arzu Həşimlini yaşadığı evin yaxınlığında, küçədə sahibsiz it sağ ayağının bud nahiyəsindən dişləyib.
 
Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
 
Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR