Şeir kimi... İlk görüş

Şeir kimi... İlk görüş

İlk dəfə idi görüşünə gəlmişdim.

Bu görüşə tələsmişdimmibu görüşə gecikmişdimmibilmirdim!

Düz ikicə saat yolunu gözlədim. Gələcəkdinmiyoxsa yoxbilmirdim. Gedənlərə baxırdım, gələnlərə baxırdım. Gedənləri yandırıb, gələnləri yaxırdım.

Bəlkə kimsə ürəyində gizlicə,

şərik olmaq istəyirdi bu sevincə?

Bəlkə kimsə düşünürdü,

kaş məni də gözləyəydilər beləcə?

Kimsə kinayəli nəzərlərlə məni süzürdü,

kimsə baxıb üst-başıma ağzını da büzürdü.

Mənsə dayanıb bir bucaqda gizlicə,

yolunu gözləyirdim.

Gedənləri izləyirdim,

gələnləri izləyirdim.

İlk görüşü gözləyirdim,

sevdiyimi gözləyirdim.
Nə yağış mənə mane oldu,

nə də külək.

Səni görmək istəyirdi ürək,

səni görmək istəyirdi ürək.

... Hava qaralmışdı. Birdən gözüm sənə sataşdı.

 

Sevincimin həddi aşdı,

sevincimin həddi daşdı.

Elə bil ki, itirmişdim bu dünyanı,

sən onu mənə qaytardın.

Elə bil ki, itirmişdim dünənimi, sabahımı,

sən onu mənə qaytardın.


... Gördüm qoşa gəzən iki cavanı, bu anda sanki cəsarət tapdım. Qovdum gözlərimdən sevgini, həyanı, sən gedən səmtə mən də yan aldım.


Salam verdimcavab aldım.

Bu cavabdan

ilham aldım,

bu cavabdan

qüvvət aldım. 
Sevirəm, - deyib sənə, xəyala daldım.

... Gözünə dikdim gözlərimi mən. O gözlərdə cavabı... cavabı görmək istədim. Gözlərini çəkdin gözlərimdən. O sevinci gizlətdin məndən! Mən gözlədim səndən cavab alınca...

Başını qaldırmadan söylədin:

- Bir də gəlmə ardımca.
Bu cavabdan mən sevindim. Bu sözləri deyərkən sən ah çəkdin.
Axı necə gəlməyim mən ardınca?

Səni sevmişəm gizlicə,

de unudum səni mən necə,

de körpə məhəbbəti dəfn edim, necə?
... Amma bunu bil ki, mən gəlməsəm də ardınca,

sevgi dolu misralarım gələcəkdir dalınca...
Səndən əl çəkmərəm mənim olunca...

 

P.S. Bu görüşün 30 yaşı var. Amma xatırlayanda belə, həyəcanı ilki qədərdir. Mən əl cəkmədim, misralarım da ardınca gəldı, amma mənim olmadın və mən əl çəkdim, xatirələr isə əl çəkmədi. Gör necə köhnəlib ilk görüşümüzDaha gözləmək, gizlicə görmək, həyəcan keçirmək lazım deyilTelefonlarskayplarvatsaplardaha nələr, nələr...
Səni təbrik edirəm İLK GÖRÜŞÜM!

 

Əli MEHDİ,

Bakı-Əbilov küçəsi

04.04.1988

Xəbər 1285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR