Səhiyyə İdarəsindən doğuş zamanı baş verən ölümlə bağlı AÇIQLAMA

Səhiyyə İdarəsindən doğuş zamanı baş verən ölümlə bağlı AÇIQLAMA

Sumqayıt şəhər Səhiyyə İdarəsi şəhərdəki 2 saylı Doğum Evində baş verən ana ölümü ilə bağlı məsələyə münasibət bildirib.
 
Aktual.az xəbər verir ki, idarənin müdiri Nəriman Baxşəliyev APA-ya deyib ki, Əliyeva Gülsüm Rasim qızı iyulun 11-də 2 saylı Doğum Evinə gətirilib: "Üçüncü hamiləlikdən üçüncü doğuş olub. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı doğulub. Xəstədə qanaxma başlayıb. Qanaxmanı dayandırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Lakin bütün tədbirlərə baxmayaraq qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq".
 
Aktual.az 
Xəbər 175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR