Səfir: Əməkdaşlıq üçün yeni perspektivlər tapılmalıdır

Səfir: Əməkdaşlıq üçün yeni perspektivlər tapılmalıdır

"Neftin qiymətinin aşağı düşdüyü zamanda əməkdaşlıq üçün yeni perspektivlər tapılmalıdır”.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu 7-ci Azərbaycan-Rusiya regionlararası forumu zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

"Energetika bazarındakı qeyri-sabitlik qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini kəskin aktuallaşdırdı. Bununla əlaqədar Rusiyanın şimalda və Baltik dənizindəki limanlarını Xəzər dənizi və Hind okeanının limanları ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı çərçivəsində genişmiqyaslı tranzit-logistika layihələr cəlbedicidir”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya regionlararası forumu ölkələr arasında gələcək əməkdaşlığın konturunu müəyyən edəcək:

"2016-ci ilin nəticələrinə görə, 19 region ilə 36 saziş imzalanıb. Azərbaycan və Rusiyadakı ənənəvi regional tərəfdaşlar arasında elmi-texnoloji və digər sahələrdə əlaqələrin uğurlu formatları işlənib hazırlanıb”.

Diplomat qeyd edib ki, Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan tərəfi hər bir regionun spesifik xüsusiyyətlərinin nəzərə alınmasıyla nümunəvi saziş layihəsinin yaradılmasını məqsədəuyğun sayır.

P.Bülbüloğlu Rusiya Federasiyasının subyektləri ilə ənənəvi əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib: "Forumdan-foruma münasibətlərimizin daha da dərinləşdirilməsi istiqaməti üzrə gedəcəyik”.
 
Aktual.az
Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR