Seçkiləri 318 beynəlxalq müşahidəçi izləyəcək

Seçkiləri 318 beynəlxalq müşahidəçi izləyəcək

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 27 beynəlxalq təşkilatdan 318 müşahidəçi qeydə alınıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər 42 ölkəni təmsil edirlər.

M.Pənahov bildirib ki, seçkiləri müşahidə etmək üçün dairə seçki komissiyalarına 50 mindən artıq insan müraciət edib.

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR