Səbinə Əliyeva danışdı:  "Fəaliyyətimizi davam etdiririk"

Səbinə Əliyeva danışdı:  

"Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”.

Aktual.az xəbər verir ki, bu fikirləri Modern.az-a Ombudsman Səbinə Əliyeva mətbuatda fəaliyyətinin dondurulması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ombudsman elə bu gün rəsmi görüşdən çıxdığını da bildirib.

"Bir neçə saat bundan qabaq Avropa İttifaqının nümayəndələri ilə onlayn görüşümüz olub. Görüş az öncə bitib. Fəaliyyətimizi davam etdiririk".
Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR