"Səbail" klubu futbolda nadir hallarda rast gəlinən hesabla qalib gəlib - VİDEO

  • İDMAN

Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubu futbolda nadir hallarda rast gəlinən hesabla qələbə qazanıb. 

"Report"un məlumatına görə, bu, XIII turda "Bakılı" ilə ev oyununa təsadüf edib. 
Paytaxt komandalarının görüşündə qapılara 14 top vurulub. "Sabail"in 11:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada baş məşqçi Elman Sultanovun rəhbərlik etdiyi komandanın oyunçularından Bayram Budaqov "poker", Ramazan Abbasov "dubl" edib, digər qolları Orxan Səfiyaroğlu, Anar Babayev, Bəxtiyar Məsiməliyev, Təyyar Məmmədov, və Elvin Adışirinli vurub. Bununla da "Səbail" ilk dövrəni 25 xalla 4-cü pillədə tamamlayıb.
Qeyd edək ki, XIII turun bu gün keçiriləcək daha 4 oyunundan sonra I Divizionda qış fasiləsi yaranacaq. Növbəti tura 2017-ci ilin fevralın 1-də start veriləcək. 



Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR