Şaxtalı hava 22 zəncirvari yol qəzasına səbəb oldu

Şaxtalı hava 22 zəncirvari yol qəzasına səbəb oldu

Ötən gündən bu gün səhər saatlarına qədər Bakı şəhəri üzrə yol və metereoloji şərait nəzərə alınmadığı üçün 22 zəncirvari yol qəza hadisəsi qeydə alınıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, zəncirvari qəzalarda xəsarət alan olmayıb, avtomobillərə maddi zərər dəyib.

Onun sözlərinə görə, ötən gün həmçinin iki nəfərin xəsarət alması ilə nəticələnən toqquşma hadisəsi baş verib.

Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR