"Sarı Gəlin" İtaliyada balabanda ifa ediləcək


İtaliyanın San Marino şəhərində beynəlxalq "Testene Art" musiqi festivalı keçirilir.

"Ölkə.Az" xəbər verir ki, istedadlı musiqiçi Ramin Pələngov yarışda iştirak edir. Ramin festivalın birinci mərhələsində 350 iştirakçı arasından Qran Pri mükafatına layiq görülüb.

Raminin atasının verdiyi məlumata görə, musiqiçi festivalda "Sarı Gəlin" kompozisiyasını ifa edəcək. İstedadlı gənc bu musiqi parçasını milli alətimiz olan balabanda ifa etməyi planlaşdırır.
 
Aktual.az
Xəbər 863 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR