Sankt-Peterburqda vağzallar təxliyə edildi - BOMBA həyəcanı

Sankt-Peterburqda vağzallar təxliyə edildi - BOMBA həyəcanı
  • DÜNYA

Sankt-Peterburqda anonim zənglərdən sonra bir neçə dəmir yolu vağzalı təxliyə edilib.

Aktual.az Trend-ə istinadən bildirir ki, bomba qoyulması barədə zəngdən sonra şəhərin Baltik, Fin və Vitebsk vağzalları bağlanıb.
Təxliyədən sonra vağzallarda axtarışlar aparılıb, lakin hər hansı bir şübhəli maddə aşkar edilməyib.

Bundan başqa şəhər administrasiyasnın bir sıra komitə binalarında təxliyələr həyata keçirilib.
Qeyd edək ki, Rusiyada anonim zənglər "dalğası" sentyabrın 11-dən başlayıb. Bugünədək 2 mindən çox obyektdən 960 mindən çox adam təxliyə olunub. Bu zənglərdən heç biri öz təsdiqini tapmayıb.
 

Aktual.az 

Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR