​Şamaxıda 5 kəndlə əlaqə kəsilib

​Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Şamaxı rayonunun beş kəndi ilə əlaqə kəsilib.


Aktual.az-ın "Report"a istinadən məlumatına görə, güclü qar səbəbi ilə rayon ərazisindəki yollar bağlanıb və ucqar dağ kəndləri ilə əlaqə kəsilib. Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur. Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, hazırda idarənin balansında olan 10-a yaxın ağır texnika və canlı qüvvə Bakı- Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisndən keçən hissəsini qardan təmizlədiyi üçün kənd yollarının qardan təmizlənməsi işlərinə və yolların açılmasına günün ikinci yarısı başlanılacaq.

Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR