"Şamaxı" yeni loqosunu təqdim etdi

  • İDMAN

"Şamaxı” yeni loqosunu təqdim edib.

Aktual.az-ın məlumatına görə bu haqda klubun İdarə Heyətinin sədri Elçin Usub məlumat verib. 

O klubun gec toplanması ilə bağlı da danışıb: "Bu işdə AFFA-nın böyük dəstəyi oldu. Prezident İlham Əliyevin buraya gəlişi, görülən işlərlə yaxından tanış olması bizə böyük stimul oldu. Biz də rayon ictimaiyyəti olaraq ruh yüksəkliyi ilə Şamaxıda futbolun inkişafına dəstək göstərəcəyik. Klubun strukturu yeniden təşkil olunub, ictimai birlik olaraq Ədliyyə Nazirliyindən qeydiyyat keçmişik. Bütün sənədləşmə işləri həllini tapandan sonra ictimaiyyət qarşısına çıxdıq. Burada əsas istəyimiz perspektivli gənclərin üzə çıxması, Azərbaycan futboluna yeni məşqçiləri bəxş etməkdir. Eyni zamanda uşaq futboluna da diqqət ayırır, onların inkişafı üçün çalışırıq. Qarşıya hədəflər qoyulub, onun üzərində çalışırıq”.
Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR