“Sahil”də bina yanır

“Sahil”də bina yanır

Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən 5 mərtəbəli binalardan biri yanır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, yanğın Üzeyir Hacıbəyli küçəsi, 24/27 ünvanında yaşayış olmayan binada baş verib.

Artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar. Hazırda yanğının yayılmasının qarşısı alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR