Sahibkarlara yeni cərimə tətbiq ediləcək - Azərbaycanda

Sahibkarlara yeni cərimə tətbiq ediləcək  - Azərbaycanda

Azərbaycanda sahibkar yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya verməməsinə, təhrif olunmuş, yanlış məlumatı verməsinə görə cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 602.4 maddəsinə dəyişiklik təklif olunur.

Dəyişiklik layihəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təhrif olunmuş halda verməsinə, yanlış məlumatın verilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatədək cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. //Report.az


Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR