Şahdağ Milli Parkındakı yanğın qəsdən törədilib - NAZİRLİK

Şahdağ Milli Parkındakı yanğın qəsdən törədilib   - NAZİRLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünən Şahdağ Milli Parkında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, dünən gecə saat 24 radələrində Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində 26 noyabr tarixində səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Məlumatda bildirilir ki, yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib.
Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR