Şagirdi döyən müəllimə şiddətli töhmət verildi

Şagirdi döyən müəllimə şiddətli töhmət verildi

“Xırdalan şəhəri 9 nömrəli orta məktəbdə şagirdi döyən ibtidai sinif müəlliməsi Sevda Rüstəmovaya şiddətli töhmət verilib”.


Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib. O qeyd edib ki, bu gün saat 12-də məktəbin Pedoqoji Şurasında keçirilən iclasda müəllimə Sevda Rüstəmova şiddət töhmət olunub, məktəb direktoru Həcər İbrahimovaya isə xəbərdarlıq edilib.

“Əgər bu kimi hal yenidən rəkrarlanarsa, onda başqa tədbirlər görüləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videokadrda Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə müəllimin şagirdə zor tətbiq etdiyi görünür.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR