Sabirabadda yol qəzası: Ölənlər var

Sabirabadda yol qəzası: Ölənlər var

Sabirabadda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Sarıxanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Abdullayev Vüsal Tapdıq oğlu yerləşdirildiyi Salyan rayon xəstəxanasında dünyasını dəyişib.

****

Sabirabadda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az Report-a istinadla xəbər verir ki, rayonun Sarıxanbəyli kəndində "VAZ-2107” markalı avtomobillə motosikletin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Salyan sakini, 37 yaşlı Vüsal Tapdıq oğlu Abdullayev Salyan Rayon Mərkəzi Xəstəxanasına (SRMX), Sarıxanbəyli kənd sakinləri - 40 yaşlı Ramin Əmrah oğlu Əliyev, 31 yaşlı Rəşad Taqət oğlu Əliyev, 40 yaşlı Tural Kamil oğlu Məmmədov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vüsal Abdullayev SRMX-nin Cərrahiyyə şöbəsində əməliyyat olunub, lakin vəziyyəti ağır olduğu üçün həkimlərin səylərinə baxmayaraq əməliyyat masasında dünyasını dəyişib.
 
Aktual.az
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR