Sabirabadda narkotik və silah aşkarlandı

Sabirabadda narkotik və silah aşkarlandı

Sabirabad rayonunda narkotik vasitə və odlu silah aşkar edilərək götürülüb.

Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Qaraş Qarayevin yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu, zirzəmiyə baxış zamanı isə 6 kiloqram 800 qram marixuana, müvafiq sənədləri olmayan “Simson” markalı ov tüfəngi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb. 

Q.Qarayev tutulub. 

Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR