Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabir Şirinovun və Umud Şirinovun "İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az-ın məlumatına görə, sərəncamla həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov "İgidliyə görə” medalı ilə təltif ediliblər.