Sabahın havası - 21 dərəcə

Sabahın havası  - 21 dərəcə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluluq artacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 6-11, gündüz 16-21 dərəcə, dağlıq rayonlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR