Sabah hava günəşli və dumanlı olacaq

Sabah hava günəşli və dumanlı olacaq

Bakı və Abşeron yarımadasında martın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Şimal-qərb küləyi gündüz mülayim  cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Aktual.az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz  13-15° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
 
Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR