“Sabah” futbol klubunun sponsoru açıqlanıb

“Sabah” futbol klubunun sponsoru açıqlanıb

2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək "Sabah” futbol klubunun sponsoru açıqlanıb.


Klubdan "Report”a verilən məlumata görə, paytaxt təmsilçisinin büdcəsi əsasən "Bridge Group of Companies” və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşacaq.
Qeyd edək ki, 2017-ci ildə yaradılan "Sabah”ın təsisçisi "Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynovdur. Klubun prezidenti isə Maqsud Adıgözəlovdur. Paytaxt təmsilçisində Müşahidə Şurası da fəaliyyət göstərəcək və üzvlər yaxın günlərdə açıqlanacaq.

 
Aktual.az
Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR