Sabah 7 rayonda qaz olmayacaq

Sabah 7 rayonda qaz olmayacaq

Abşeron, Hacıqabul, Siyəzən, Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Aktual.az SOCAR-ın saytına istinadən məlumat verir ki, oktyabrın 28-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Binə”, “Binə” və “Qala”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Mədrəsə” və “Qarasu”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Hacılı” və “Taxtalar”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəliməmmədli”, həmçinin Qazax magistral qaz kəmərləri sahəsinin ”Əskipara” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Abdulabad, Şamaxı rayonunun Mədrəsə, Kərkənc, Mirikənd və Hacılı, Qobustan rayonunun Xılmilli, Goranboy rayonunun Dəliməmmədli, Qazax rayonunun N.Nərimanov, Çaylı, Dəmirçilər, Məzəm, Quşçu Ayrım, Alpout və Abbasbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Binə və Qala kəndlərinin, eyni zamanda Şabran rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR