Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

Sabah, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR