“Sağalmaq üzrəyəm” – Ramiz Əzizbəyli

“Sağalmaq üzrəyəm” – Ramiz Əzizbəyli

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.

Bu barədə "Report”a açıqlamasında xalq artisti özü bildirib.
"Gördüyünüz kimi artıq danışa bilirəm. Yaxşıyam, sağalmaq üzrəyəm. Evdə müalicəm davam edir. Həkimlər sağ olsunlar. Bütün millətimi öpüb, bağrıma basıram”, – R.Əzizbəyli deyib.
Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.
Xəbər 835 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR