“Saakaşvilinin vaxtı keçib” – Gürcüstan Prezidenti

“Saakaşvilinin vaxtı keçib” – Gürcüstan Prezidenti

"Mixeil Saakaşvilinin Gürcüstana qaytarılması məsələsi artıq gündəlikdə deyil”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Estoniyanın İctimai televiziyasına müsahibəsində bildirib.
O deyib ki, M.Saakaşvilinin vaxtı keçib və o, özünü reabilitasiya edə bilmədi.
S.Zurabişvili sabiq prezidentin Gürcüstan üçün problem olmadığını vurğulayıb.
Dövlət başçısı müsahibədə Gürcüstan-Rusiya münaqişəsinə də toxunub: "Bizim dondurulmuş münaqişələrimiz yoxdur, bizim işğal altında olan torpaqlarımız var. Dondurulmuş münaqişələr əvvəllər olub. İşğal olunmuş torpaqlar Gürcüstanın əsas problemidir”.
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR