Saakaşvili Ukraynadakı seçkilərdə iştirak edə bilməyəcək

Saakaşvili Ukraynadakı seçkilərdə iştirak edə bilməyəcək

Ukraynada "Xalqın qulu” partiyasının sədri Dmitri Razumkov öz açıqlamasında Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin növbədənkənar parlament seçkilərində partiya sıralarına daxil ola bilməyəcəyini deyib.

ONA "112 Ukraina” portalına istinadən xəbər verir ki, D.Razumkov bunu Saakaşvilinin uzun müddət Ukrayna ərazisində yaşamaması ilə əlaqələndirib.
"M.Saakaşvili heç bir partiyanın tərkibinə daxil ola bilməz, çünki hazırkı qanunvericiliyə əsasən, o, azı 5 il Ukrayna ərazisində yaşamalı idi. Saakaşvili dörd il yaşayıb və görünür ki, daha az. Çünki bu zaman boşluğunda da o, vaxt itirib”, - deyə Razumkov izah edib.
Partiya lideri onu da bildirib ki, partiya sıralarına daxil olmaq və ya birmandatlı seçki dairələrinə irəli çəkilmək üçün partiya üzvü olmağa ehtiyac yoxdur. Ancaq bu dəfə digər məhdudiyyətlər işə düşə bilər.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR