Saakaşvili aclıq elan etdi

Saakaşvili aclıq elan etdi
  • DÜNYA

Dünən axşam Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Mixail Saakaşvili müddətsiz aclıq elan edib.

Aktual.az Publika.az-a  istinadən xəbər verir ki, bu haqda istintaq hərəkətlərinin (təsirlərinin) tamamlanmasından sonra onun vəkili Ruslan Çernoluskiy bildirib.
Çernoluskiy əlavə edib ki, barəsində 60 günlük həbs-qəti imkan tədbiri seçiləcəyi halda, Saakaşvili aclıq aksiyasını daha sərt şəkildə davam edəcək.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır. İstintaq hərəkətlərinin tamamlanmasından sonra, Ukrayna Baş prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirdi ki, prokurorluq məhkəmədən Saakaşvili üçün ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsini xahiş edəcək.
Xatırladaq ki, Ukrayna Baş prokurorluğu dekabrın 6-da Saakaşvilinin axtarışını elan edib. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur.
 
Aktual.az
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR