Rövnəq Abdullayev: "Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq"

Rövnəq Abdullayev:
  • İDMAN

"Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq. "Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi".

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ” klubunun növbəti dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı danışarkən deyib.
R. Abdullayev Ağdam təmsilçisinin artıq 5-ci dəfə nüfuzlu turnirin qrup mərhələsində oynamaq hüququ qazandığını vurğulayıb: "Bu tarixi nəticə, Moldovanın "Şerif” komandası üzərində qazanılmış inamlı qələbə münasibətilə "Qarabağ” klubunun rəhbərliyini, məqşçi-inzibati heyətini, futbolçularını və əlbəttə ki, möhtəşəm dəstəyi ilə hər zaman komandanın yanında olan, qələbəyə səsləyən azarkeşləri təbrik edirəm".
Milli assosiasiyanın rəhbəri "Qarabağ"ın Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşmasına vəsiqə şansının olduğunu da vurğulayıb: "Avropa Liqasının cari mövsümünə Bakıda yekun vurulacaq. Bu gün isə Monakoda qrup mərhələsinin püşkü atılacaq. İkiqat sevindirici məqam odur ki, "Qarabağ”ın da adı püşkdə iştirak edəcək 48 klubun siyahısında var. Bu həm də o deməkdir ki, turnirdə iştirak edən digər komandalar kimi, "Qarabağ” da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa yüksəlmək şansına malikdir. Heç şübhəsiz, bu, ölkəmizdəki hər bir futbolsevərin arzusudur. Arzumuzun həyata keçməsinə ümidlə ölkəmizin futbol ictimaiyyəti adından "Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayır, Avropa Liqasında keçirəcəyi oyunların sayının çox olmasını arzu edirəm”.
Qeyd edək ki, final oyunu 2019-cu il mayın 29-da keçiriləcək. 
 
Aktual.az
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR