Rövnəq Abdullayev: “Açıq deyirəm, pullar havaya sovrulur”

Rövnəq Abdullayev:   “Açıq deyirəm, pullar havaya sovrulur”

AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə müsahibə verib.


Aktual.az  Goal.az-a istinadən həmin müsahibəni təqdim edir:

- İclasda nələr müzakirə edildi?

- İclas başa çatdı və əsas müzakirəmiz Premyer Liqada neçə komandanın iştirak edəcəyi məsələsi idi. I divizionda çıxış edən klublardan heç biri lisenziya ala bilmədi. Ona görə də qərara gəldik ki, çempionat 8 komandanın iştirakı ilə keçirilsin. “Rəvan” və “Xəzər Lənkəran”ın borcları çox idi. Ona görə də onlara lisenziya verilmədi. Bu mövsüm müvəqqəti olaraq 8 komanda iştirak edəcək. Gələn mövsüm üçün 4 komandanın hazır olması barədə baş katibliyə tapşırıq vermişəm. Növbəti mövsüm 10 və ya 12 komandanın iştirakı ilə çempionat keçiriləcək. Bundan əlavə, legionerlərin rüsumunu da azaltdıq. Artıq rüsum 5 min manatdır. Milli komandasının şərəfini qoruyan legionerlər isə çempionatda pulsuz oynayacaq. Bu qərarı ona görə qəbul etdik ki, klublar daha səviyyəli legionerlə gətirsinlər. Həmçinin PFL-in cərimələri 20 faiz azaldıldı. Bu qərarla klublara dəstək verdik.

- Növbəti mövsüm 10 komanda olacaq, yoxsa 12?

- 10 və 12 komandanın olacağı dəqiqdir. Bölgələrdə olan klublarımızın lisenziya almaları üçün lazımi işlər görüləcək. Artıq “Zaqatala” klubu ictimailəşib. “Mil-Muğan” da yaxşı səviyyədədir. Tapşırmışam ki, bu klublara diqqət ayırsınlar. Onların gələn mövsümə hazır olmalarını tapşırmışam. İstəyirik ki, regionda böyük klublar yaradaq.

- İş adamları artıq futbola həvəs göstərmirlər...

- Hazırda şirkətlərin maliyyə durumu zəifləyib. Bu da Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşməsilə əlaqədardır. Bu da öz təsirini göstərdi. Biz buna görə klublara güzəşt etdik. Klublara proqram şəklində dəstək göstərəcəyik. Son illər də “Turan Tovuz” və “Şəmkir” klublarına maddi dəstəklər olunsa da, orada bir futbolçu da yetişməyib. Açıq deyirəm. Pullar havaya sovrulur. Buna görə də, proqram şəklində klublara yardım ediləcək ki, futbolçu yetişdirə bilsinlər. Qarşılarına şərtlər qoyulacaq. Bu dəstəklər AFFA-nın hesabına olacaq.

Xəbər 913 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR