Rövnəq Abdullayev: "7 milyard dollar sərmayə qoyulacaq"

Rövnəq Abdullayev:

""Cənub Qaz Dəhlizi" QSC 7 milyard dollar həcmində sərmayə cəlb etmək niyyətindədir".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu məqsədlə xeyli sayda bankla iş aparılır: "Cənub Qaz Dəhlizi" avrobondların yerləşdirilməsi hesabına artıq yeddi milyard dollar cəlb edib. İlin sonunadək daha 1,5 milyard dolların cəlb olunması gözlənilir. Ümumiyyətlə, bu məsələ ilə bağlı biz Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirik. Biz layihə üçün təxminən yeddi milyard dollar uzunmüddətli və ucuz kreditlər cəlb etmək niyyətindədik".

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR