Ruslar azərbaycanlı hərbçini əsir götürdü

Ruslar azərbaycanlı hərbçini əsir götürdü

Rusiya hərbçiləri Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürüb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu, 17 sentyabr 2000-ci il təvəllüdlü Nizami Məkani oğlu Rzayevdir.
Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarında xidmət etmiş Nizami Rzayevin Donetsk vilayətinin Mariupol şəhəri istiqamətində əsir düşdüyü bildirilir. Onun hazırda Rusiyada əsirlərin saxlanıldığı həbsxanada olduğu ehtimal edilir.
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR