Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdi

Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdi
  • DÜNYA

Serbiya prezidenti Tomislav Nikoliç ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı bildirib ki, hətta Aİ-nin ümumi xarici siyasəti tələb etsə belə, ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.

Aktual.az  APA-ya istinadən bildirir ki, bu barədə Serbiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
 
"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik. Biz Rusiyaya da, ABŞ-a da bağlıyıq, bu ölkələrdə çoxsaylı serb icması yaşayır", - deyə Nikoliç bildirib.
 
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cozef Bayden avqustun 15-dən 17-dək Serbiya və qondarma Kosovo respublikasında səfərdədir.  Məlumata görə, Bayden-Nikoliç görüşü  qapalı şəraitdə keçirilib. Mətbuat xidmətinin məlumatına əsasən, Bayden Vaşinqtonun Belqradın ABŞ və Rusiya arasında seçim edəcəyini gözləmədiyini və Serbiyanı avrointeqrasiya yolunda dəstəklədiyini bildirib. 

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR