Rusiyaya qarşı 120 milyonluq BÜDCƏ

Rusiyaya qarşı 120 milyonluq BÜDCƏ
  • DÜNYA

Amerika Konqresinin respublikaçı senator Lindsi Qrem 2018-ci ildə Dövlət Departamentinin beynəlxalq fəaliyyət üzrə xərcləri haqqında qanun layihəsi hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, senator "Rusiyanın təsiri və təcavüzündən müdafiəyə” ayrılan vəsaitin 20 milyon dollar artırılmasını təklif edib.
Daha əvvəl bu fəaliyyət üçün 100 milyon dolların ayrılması planlaşdırılırdı.
"Ən azı 120 milyon dollar Avropa və Asiya ölkələrində Rusiyanın təsiri və təcavüzündən müdafiə üçün ayrılmalıdır”, - sənəddə Qrem izah edib.
Qanun layihəsi qəbul olunacağı halda, bu məqsədlə ayrılan pulun çox hissəsi - 65 milyon dollar xarici silahlı qüvvələrin maliyyələşdirilməsi proqramı üçün ayrılacaq.
Daha əvvəl KİV-də çıxan informasiyaya görə, ABŞ NATO üzrə müttəfiqlərlə birlikdə regionda Rusiyanın təsiri ilə mübarizə üçün informasiya mərkəzi yaradır. Mərkəzin Serbiyada yaradılması planlaşdırılır.
 
Aktual.az
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR