Rusiyaya meyvə və giləmeyvə idxalına qadağa qoyulub?

Rusiyaya meyvə və giləmeyvə idxalına qadağa qoyulub?

Bəzi kütləvi informasiya vasitələrində iyun ayı ərzində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Agentliyi tərəfindən Azərbaycandan bu ölkəyə 238 kq meyvə və giləmeyvənin idxalına qadağa qoyulması barədə məlumat yayılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, iyun ayının ilk ongünlüyündə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb. Belə ki, son 3 gündə - iyun ayının 21-dən 24-ə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52 vaqon və 161yük avtomobili maneəsiz olaraq Azərbaycandan Rusiya Federasiyasına yola salınıb.

Göründüyü kimi, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracında heç bir problem müşahidə olunmur. Sadəcə əl yükləri ilə aparılan cüzi miqdarda kənd təsərrüfatı məhsullarının ixracına Rusiya Federasiyasının müvafiq orqanları tərəfindən qadağa qoyulub ki, buna səbəb də həmin məhsullara verilən müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır. Əlbəttə ki, bu təhlil aparılarkən miqdarı az olmasına baxmayaraq ixracına qadağa qoyulan məhsulların yetişdirilməsinə, yığılmasına və ixracına çəkilən əziyyət və xərclər də başa düşüləndir. Ancaq beynəlxalq təcrübə və iki ölkə arasında sadəcə kənd təsərrüfatı məhsulları sahəsində həyata keçirilən idxa -ixrac əməliyyatlarının həcmi nəzərə alındıqda belə hallar istisna hesab olunur və təbii qarşılana bilər.

Bütün hallarda Dövlət Gömrük Komitəsi media qurumları və nümayəndələri tərəfindən bu səpkili informasiyaların yayımlanması və təhlili zamanı irəli sürüləcək fikirlərin ümumi işə kölgə salmayacaq qəbildən olacağı qənaətindədir.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR