Rusiyanın xalq artisti Oleq Qazmanov Bakının qonağı olub.
Aktual.az musavat.com-a istinadən xəbər verir ki, müğənni Heydər Əliyev adına sarayda konsert verib.
Daha sonra həyat yoldaşı ilə İçərişəhərdə gəzintiyə çıxan Oleq Qazmanov təşəkkürünü bildirib:
“Bakı, isti qarşılamaya görə təşəkkür edirəm. Həyat yoldaşımla köhnə şəhəri gəzdik. Bakı gözəl şəhərdir. Qədim və müasir binaların sintezi Azərbaycanı gözəl göstərir”.
Aktual.az