Rusiyanın məşhur generalı məhv edildi

Rusiyanın məşhur generalı məhv edildi

Rusiya ordusunun general-mayoru Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb.

Aktual.az Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”, - məlumatda deyilir.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. "Krımın qaytarılmasına görə" medalını alıb.
Xəbər 908 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR