İkinci Qarabağ müharibəsinin iştirakçısı Kiyevdə həlak oldu (TƏFƏRRÜAT)

İkinci Qarabağ müharibəsinin iştirakçısı Kiyevdə həlak oldu (TƏFƏRRÜAT)

Martın 27-də Ukraynanın paytaxtı Kiyevin müdafiəsi zamanı azərbaycanlı Elnur Həsənov ("Alik”) həlak olub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "Karpat Seçi” könüllü dəstəsinin "Facebook" səhifəsində məlumat yayılıb.

1993-cü il təvəllüdlü E.Həsənov snayper qrupunun komandiri olub, həmçinin İkinci Qarabağ müharibəsində də iştirak edib.

Həmyerlimiz Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən döyüşlərə qatılıb. Dəstənin rəsmi səhifəsində onun sözləri də qeyd olunub: "Qadınların, uşaqların, qocaların necə öldüyünü görəndə mən onları qorumalıyam. Şər hansı ölkədədirsə, hər bir insan özünü o pislikdən qorumalıdır”.

E.Həsənov İrpendə Rusiya qüvvələrinin mövqelərinin kəşfiyyatı zamanı "Karpaet Seçi”nin könüllüsü David Qoberqişvili ilə birlikdə öldürülüb. Onlar minaatan mərmisinin qəlpəsindən aldıqları yara nəticəsində həlak olublar.

"Eşq olsun Elnur Həsənova! Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!”, - səhifə əlavə edib.

Qeyd edək ki, E.Həsənov ailəli və iki uşaq atasıdır. Onun həyat yoldaşı hamilədir.

Xəbər 941 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR