Rusiyanın İT mütəxəssisləri ölkədən qaçır

Rusiyanın İT mütəxəssisləri ölkədən qaçır

Rusiya İT mütəxəssislərinin Avropa ölkələrində yaşamaq icazəsi üçün müraciətlərinin sayı kəskin şəkildə artıb. Bu ilin birinci rübündə onların sayı ötən illə müqayisədə 233% artıb.
Aktual.az xəbər verir ki, bu barədə "Kommersant” "Garant İn” konsaltinq şirkətinə istinadla məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə müraciətlərin sayı əvvəlki ilə nisbətən 44% artıb. 2024-cü ilin əvvəlindən bütün müraciətlərin təxminən 80%-i Fransada, 10%-i isə İtaliyada yaşayış icazəsi almaq üçün olub.
"İndi biz yaşayış icazəsi ilə bağlı bütün müraciətlərin təxminən yarısını İT mütəxəssislərindən alırıq”, - "Garant İn”in baş icraçı direktoru Adrey Boyko bildirib.
Onun sözlərinə görə, Fransanın daha populyar olmasına səbəb bu ölkədə yaşayış icazəsi üçün investisiya tələbinin olmamasıdır.
Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR