Rusiyanın Ermənistandan çıxmasının bədəli Zəngəzurdur

Rusiyanın Ermənistandan çıxmasının bədəli Zəngəzurdur

Qərb üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məqsəd deyil, sadəcə bir vasitədir.
Aktual.az xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.
"Qərb üçün əsas məqsəd Rusiyanı regiondan sıxışdırmaqdır. Onların fikrincə, regionda, xüsusən də Ermənistanın Türkiyə və Azərbaycanla uzunmüddətli, sabit sülhə nail olması bölgədə rusların mövcudluğuna ehtiyacı aradan qaldıracaq. Ermənilər üçün problem bu konsepsiyada Qarabağın Ermənistanın olmamasıdır. Ermənistanın Zəngəzur vilayəti isə o zaman mövcud ola bilər ki, İrəvan KTMT-nin bir hissəsi deyil, neytral dövlət olsun. Qarşıya qoyulan məqsədə, yəni Rusiyanın regiondan qovulmasına təkcə sülhlə deyil, həm də yeni müharibə yolu ilə nail olmaq olar.
Yeni müharibə iki mümkün ssenariyə gətirib çıxaracaq: ya Rusiya işə qarışır və Moskva üçün ikinci cəbhə yaradılır. Ya da Rusiya kənarda qalır, Ermənistan ağır itkilər verir, lakin Moskva avtomatik olaraq regiondan kənarlaşdırılır”, - o bildirib.
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR