Rusiyanın ehtiyatları bir həftədə 300 milyon dollar azaldı

Rusiyanın ehtiyatları bir həftədə 300 milyon dollar azaldı

28 oktyabr 2016-cı il tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 391 milyard dollar təşkil edib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, oktyabrın 21-də bu göstərici 391,3 milyard dollar səviyyəsində olub. Beləliklə, həftə ərzində ehtiyatlar 300 mln. dollar azalıb.   
 
Rusiyanın beynəlxalq (valyuta-qızıl) ehtiyatları Rusiya Bankının və hökumətinin ixtiyarında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.
 
 
Aktual.az 
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR